Bakı. Trend:
Ermənistan ərazisində tarixən yaşamış azərbaycanlılara qarşıhəyata keçirilmiş siyasət təkcə etnik ayrı-seçkilik deyil, həm dəsistemli şəkildə aparılmış müstəmləkəçi təfəkkürün, irqiayrı-seçkilik xarakterli və monoetnikləşdirməyə hədəflənmişsiyasətin tərkib hissəsi olub.
Trend xəbərverir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun bəyanatında qeydolunub.
Bildirilib ki, azərbaycanlıların yeganə “günahı” onların millimənsubiyyəti idi. Onlar 1905-1906-cı illərdə, 1918-ci il və XXəsrin sonrakı mərhələlərində kütləvi qırğınlara, etnik təmizləməyə,siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının kobud şəkildəpozulmasına məruz qalıblar.
Azərbaycanlılara qarşı törədilən kobud qanun pozuntularıkolonial güclərin tarixən müstəmləkə altında saxladığı xalqlaraqarşı törətdiyi vəhşiliklərin təkrarı idi.
Ermənistan SSR-nin məqsədyönlü şəkildə həyata keçirdiyi kolonialtəfəkkürlü siyasət azərbaycanlıların öz tarixi yaşayışməkanlarından mərhələli şəkildə sıxışdırılmasına, onlarınmədəni-dini irsinin silinməsinə və nəticə etibarilə Ermənistanınmonoetnik respublikaya çevrilməsinə xidmət edib.
Bu xüsusda azərbaycanlıların kütləvi sürgün əməliyyatları1948-1953-cü illəri əhatə edib və 150 mindən çox azərbaycanlı özel-obasından didərgin düşüb. Bu aktlar insan talelərində dərinfaciələr yaradıb, minlərlə ailəni doğma torpaqlarından ayırıb, ağırköçürülmə şəraiti insanların həyatına, sağlamlığına və sosialvəziyyətinə ağır zərbə vurub.
Eyni zamanda, azərbaycanlılara məxsus tarixi-mədəni irsməqsədyönlü şəkildə silinib, Azərbaycan mənşəli toponimlər kütləviqaydada dəyişdirilib, yaşayış məntəqələri, qəbiristanlıqlar, dinivə mədəni abidələr dağıdılıb və ya özgələşdirilib. Bu siyasətyalnız insanların fiziki olaraq öz yurdlarından çıxarılması iləməhdudlaşmayıb, onların tarixi yaddaşının və mədəni izlərininsilinməsini də hədəflənib.
1987-ci ilin sonlarından etibarən Ermənistan hakimiyyətiAzərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib, bununardınca Ermənistanda hələ də yaşamaqda olan 250 mindən çoxazərbaycanlı zor gücünə öz doğma yurdlarından qovulub.Azərbaycanlıların yaşadığı kəndlərə silahlı hücumlar təşkil edilib,insanlar öz evlərini tərk etməyə məcbur edilib, beləliklə,Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləməsiyasəti başa çatdırılıb.
Bu proses yalnız azərbaycanlılara qarşı yönəlməyib. Ermənistanınmonoetnik dövlətə çevrilməsi siyasəti nəticəsində digər etnik vədini azlıqlar da sıxışdırılıb, onların sayı kəskin şəkildə azalıb.Bu fakt Ermənistanın uzun illər ərzində məqsədyönlü şəkildə busiyasəti apardığını göstərir. Ermənistan bununla dakifayətlənməyib, Azərbaycanın suveren ərazilərinin 20%-ni işğaledib.
Bu gün Ermənistan və Azərbaycan arasında sülh gündəliyininirəlilədiyi bir vaxtda Ermənistan cəmiyyətində azərbaycanlılara vətürklərə qarşı nifrət ritorikasının, revanşist çağırışların vəirqçi yanaşmaların hələ də mövcud olması ciddi narahatlıq doğurur.Davamlı sülh yalnız tarixi ədalətsizliklərin etirafı, insanhüquqlarına hörmət, ayrı-seçkilik siyasətindən imtina və zorlaçıxarılmış insanların hüquqlarının bərpası əsasında mümkün olabilər.
Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyəti, insan hüquqlarıinstitutlarını, BMT-nin müvafiq mexanizmlərini və digər beynəlxalqtəşkilatları Ermənistan dövlətinin azərbaycanlılara qarşı həyatakeçirdiyi müstəmləkəçi təfəkkürlü, həmçinin etnik ayrı-seçkilik,dözümsüzlük siyasətinə obyektiv qiymət verməyə çağırır.