AZ

Yankoviç hakimə hücum çəkdi, polislər və Qurban Qurbanov müdaxilə etdi - VİDEO

"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç "Sabah"la oyundan sonra paltardəyişmə otağına gedən tuneldə hakimə hücum çəkib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə görüntülər "CBC Sport" kanalında yayımlanıb.

Belə ki, monteneqrolu futbolçu Azərbaycan kubokunun yarımfinalında "Sabah"a 1:2 hesabı ilə uduzduqları matçda hakim idarəçiliyindən narazı qalıb. O, qarşılaşmanın 90+6-cı dəqiqəsində referi Rəvan Həmzəzadənin penalti təyin etməməsinə əsəbiləşib. 

Matç bitən kimi hakimlərə meydançada hücum çəkən oyunçu qırmızı vərəqə alıb və daha sonra təhlükəsizlik qüvvələri tərəfindən ordan uzaqlaşdırılıb.

Amma Markonun hirsi bununla soyumayıb. O, paltardəyişmə otağına gedən tuneldə hakimlərə yenə hücum çəkib və onlara yumruq, təpik atıb. Monteneqrolu oyunçunu baş məşçqi Qurban Qurbanov sakitləşdirə bilib.

Daha sonra polislər onu hakimlər otağının önündən uzaqlaşdırıb.

Seçilən
25
12
bakivaxti.az

10Mənbələr