AZ

Çərxi fələk çarmıx deyil

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hidayət RÜSTƏMBƏYLİ

Hüquqşünas

"Dünyanın çarxı", "zamanın çarxı" mənasını verən çərxi-fələk qədim türk inanclarını, kosmoloji dünyagörüşünü özündə ehtiva edən anlayışdır. Antik şumerlər tərəfindən kəşf olunan çərxi-fələk üstəgəl (plyus) işarəsi formasındadır və bu işarə müasir dövrümüzdə bir çox sahələrdə istifadə olunur. Lakin Azərbaycan xalqının mədəniyyətində və məişətində çərxi-fələk işarəsi qədim zamanlardan mövcuddur. Azərbaycan türklərinin məişətində istifadə etdiyi müxtəlif əşyalarda, həmçinin, xalçalarda, xüsusən, Qazax-Borçalı, Qobustan xalçalarında bu rəmz həm əsas, həm köməkçi element kimi geniş istifadə olunub, eyni zamanda məbədlərdə, memarlıqda, qəbir daşlarında çərxi-fələk işarəsinin cürbəcür naxışlarda işləndiyini görmək olar.

Çərxi-fələyin eyni zamanda səma, tale, ox yayı, yer, daim hərəkətdə olan və digər mənaları vardır. Bu işarənin dörd tərəfi dörd ünsürü (od, torpaq, su, hava) də ifadə edir. Bundan başqa, qədim türklər çərxi-fələyi "göy dəyirmanı" adlandıraraq, ona "evrən" kimi təyin veriblər ki, bunun da mənası "dönmək"dir. Qədim türklər inanırdılar ki, göy qübbəsinin fasiləsiz hərəkətliliyi onların taleyinə pis və ya yaxşı mənada təsir edir. Ümumiyyətlə, bu rəmz, bir növ dünyanın sabitliyini şübhə altına alır, çünki tale, qismət çarxı hər an dönüb insanın vəziyyətini dəyişə bilər.

Lakin özünü "alim", "tədqiqatçı" adlandıran bəzi kəslər çərxi-fələk rəmzinin formasını çarmıxla eyniləşdirirlər. Peyğəmbər İsa Məsihin Roma İmperiyasının süqutunun sonuncu yüz illiyində, Nazaret şəhərində vali Ponti Pilatın zamanında 452-ci ildə çarmıxlandığı ölüm qurğusu T hərfinin görkəmindədir. Bunun isə çərxi-fələyin, yəni üstəgəl işarəsi ilə heç bir əlaqəsi yoxdur. Məsələ ondadır ki, dörd tərəfli üstəgəl işarəsi dairəvi çarxın içində yerləşir və dairəvi formada olduğundan

çarmıxlamaq mümkünsüzdür. Bunun üçün ölüm cəzasına məhkum olmuş şəxs də girdə olmalıydı. T hərfi formasında olan çarmıxda isə ölümə məhkum olmuş şəxsin, əlləri yuxarıdan, ayaqları isə aşağıdan, ayaq pəncələrinin üstündən mıxlanırdılar.

Antik şumerlər və onların davamçılarının - Azərbaycan-alban türklərinin inşa etdikləri məbədlərini də məhz xristianlıqla əlaqəsi olmayan çərxı-fələk rəmzi bəzəyir. Çərxi-fələyi T hərfi formasında olan çarmıxla səhv salan mənbəyi-mənşəyi olmayan sözlərdən istifadə edənlər Azərbaycan türklərinin xristian olduğu iddiasında bulunurlar...

Antik şumerlər, Azərbaycanın, bütün türklərin-albanların əcdadlarıdır. Başlanğıcını Türkiyənin Ərzurum dağlarından alan Fərat və Dəclə çaylarının ortasında yerləşmiş - Mesopotomiyada böyük şəhərlər yaratmışdılar: Kiş, Nipur, Zabalam, Umma, Laqaş, Eridu, Uruk... Qobustan qayalarında Çərxı Fələyin işarəsi həkk olunmuşdur. Əvvəlki adı - Nuh peyğəmbərin adı ilə bağlı olan Nuxa şəhəri - indiki Şəkidə şumerlər Kiş şəhərini salmışlar, indi həmin şəhərə Kiş kəndi deyirlər. Norveçli alim, səyyah, Tur Heyerdal Kiş şəhərinə gəlmiş və müəyyən etmişdi ki, buradakı məbəd IV əsrdə yeni eraya qədər inşa olunub. O, həmçinin, məbədin vikinqlərin məbədləri ilə çox oxşar olduğunu qeyd etmişdi. Tur Heyerdal yazırdı ki, hansı düşüncəyə görə, bu məbədi xristianlıqla bağlamaq istəyirlər? Çünki bu məbəd yeni eramıza qədər, IV əsrdə, hələ xristianlıqdan xeyli əvvəl inşa olunmuşdu.

Tur Heyerdal, uzun illərdən bəri apardığı elmi araşdırmalarına əsasən, bu qənaətə gəlib ki, dünyada məkanından asılı olmayaraq inşa olunmuş məbədlərdə, qüllələrdə həkk olunmuş çərxi-fələk işarəsi türk dünyasına, antik şumerlərə məxsusdur.

Haşiyə: Hətta Tur Heyerdal 1969-cu ildə "Ra" (Roma tarixçisi Plininin məlumatına görə, misirlilər papirusdan hazırlanmış gəmilərdə Seylon adasına qədər üzürdülər. Tur Heyerdalın fikrincə, misirlilər bu gəmi ilə Atlantik okeanını da keçirdilər. Bunu sübut etmək üçün Heyerdal papirusdan hazırlanmış "Ra" adlı gəmidə Atlantik okeanını qət etmişdi) adlanan gəmiylə səyahət edərkən, tədqiqatlarından belə fikir meydana gətirmişdi ki, Qobustan qayalarında həkk olunan gəmi təsvirinin onun doğma "Ra" gəmisi ilə eynilik təşkil edirdi. Bu isə onu göstərir ki, Azərbaycan gəmiçiliyin təməlini qoyan antik ölkələrdən biridir. Heyerdalın fikrincə, hətta Avropa mədəniyyəti tarixən Xəzər dənizinin cənub qərbindəki Azərbaycandan faydalanıb.

Qırğızıstanın şimal şərqində yerləşən İssık-Kul (türkcə İssık Kul sözü İsti göl deməkdir) gölündən tapılan, eramızdan əvvələ aid daşda da döymə-yonma üsulu ilə çərxi-fələyin rəmzi həkk olunub. Çərxi-fələyə, həmçinin, xoşbəxtlik rəmzi Fortuna da deyilir. Həmin daş Göy Türklərinin ustalığı ilə hazırlanmışdır.

Çərxi-fələklə çarmıxı qarışdıranlardan ricam budur: Heç olmasa, Mirzə Ələkbər Sabirin bu şeirini oxuyun:

Bu çərxi-fələk tərsinə dövran edir indi,

Fəhlə də özün daxili-insan edir indi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
525.az

1Mənbələr