AZ

“Anyma” və Castin festivalı 44 min cəriməyə saldı

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

“Coachella” musiqi festivalının təşkilatçıları çıxışların gec başa çatması səbəbindən 40 min dollardan çox cərimələnib.

Axşam.az xəbər verir ki, bu barədə "Billboard" nəşri məlumat yayıb.

Festival qaydalarına əsasən, bütün çıxışlar cümə və şənbə günləri saat 01:00-dək, bazar günü isə gecə yarısına qədər yekunlaşmalıdır. Limitin ilk 5 dəqiqə aşılması 20 min dollar cərimə ilə nəticələnir, daha uzun gecikmələrdə isə məbləğ artır.

“Coachella-2026”nın ikinci həftəsonunda musiqiçilər qaydaları iki dəfə pozublar. Aprelin 17-də dicey "Anyma" çıxışını saat 01:09-da tamamlayıb və buna görə təşkilatçılar 24 min dollar cərimə ödəməli olub. Ertəsi gün isə Castin Biber səhnəni gec tərk edib ki, bu da əlavə 20 min dollar cərimə ilə nəticələnib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
axsam.az

1Mənbələr