AZ

AAYDA-nın 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi Şamaxı yollarında işləri davam etdirir » AzadMedia.az

AAYDA-nın


Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunda yağan intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər davam etdirilir. Yağıntılar nəticəsində yolun kənarındakı suötürücü kanallara və ötürücü hissələrə qum, çınqıl və torpaq kütləsi dolaraq suyun axınını çətinləşdirib.
Əraziyə cəlb olunan AAYDA-nın 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin əməkdaşları tərəfindən təmizləmə işləri aparılır. İşçilər əl alətləri və xüsusi texnikadan istifadə etməklə drenaj xətlərini və yol kənarlarını yığılan torpaq qatından təmizləyir, suyun sərbəst axını bərpa olunur.
Müşahidələr göstərir ki, xüsusilə dağ yamaclarına yaxın hissələrdə torpaq sürüşməsi və axıntıların təsiri daha çox hiss olunur. Bu səbəbdən yol boyu mütəmadi nəzarət tədbirləri həyata keçirilir.
Qurumdan bildirilib ki, bu cür hava şəraiti davam etdiyi müddətdə yolun təhlükəsizliyinin təmin olunması üçün işlər gücləndirilmiş rejimdə davam etdiriləcək. Sürücülərə isə sürüşkən və çirkli yol şəraitini nəzərə alaraq diqqətli olmaları, sürət həddinə əməl etmələri tövsiyə olunur.
Həmçinin Şamaxı-Qonaqkənd yolunda da yaranmış problem 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin əməkdaşları tərəfindən aradan














Seçilən
27
1
azadmedia.az

2Mənbələr