ABŞ Prezidenti Donald Tramp xüsusi elçisi Stiv Uitkoffu və kürəkəni Cared Kuşneri İran nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Pakistana göndərir.
Bizim.Media xəbər verir ki, bu barədə CNN-in müxbiri Alayna Trin ABŞ administrasiyasındakı mənbələrə istinadən bildirib.
"Tramp öz xüsusi elçisi Stiv Uitkoffu və Cared Kuşneri İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparmaq üçün Pakistana göndərir", — deyə o, "X" sosial şəbəkəsində yazıb.
Trin əlavə edib ki, tərəqqi əldə olunacağı təqdirdə, vitse-prezident Cey. Di. Vens də Pakistana getməyə hazırdır.
Aprelin 24-də məlum olub ki, Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir İrana ABŞ ilə danışıqlara dair yeni təkliflər təqdim edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta