AZ

Qadın güləşçimiz bürünc medal qazandı 

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.


Manset.az xəbər verir ki, idmançı üçüncü yer uğrunda qarşılaşmada Arina Demçankaya (UWW) qalib gəlib.

Bundan əlavə, bu gün Azərbaycanın iki qadın güləşçisi bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) qitə birinciliyində üçüncü yeri tutmağa çalışacaq.

Daha əvvəl isə qadın güləşçilərdən Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Yunan-Roma güləşi millisi komanda hesabında birinci olub.


Seçilən
28
50
manset.az

10Mənbələr