ain.az, Sportal.az portalına istinadən məlumat verir.
"Hoffenhaym" mövsümün sonunda müqaviləsi başa çatan Andrey Kramariçi komandada saxlamaq istəyir.
Sportal.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Almaniyalı klubu artıq xorvatiyalı hücumçu ilə razılıq əldə edib. Yaxın günlərdə 34 yaşlı forvardla 2 illik yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, Andrey Kramariç 2016-cı ilin yanvarından "Hoffenhaym"da çıxış edir. Xorvatiya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.