AZ

TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını pislədi

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Ermənistanda Türkiyə bayrağının yandırılması faktını qəti şəkildə pisləyib.

Publika.az xəbər verir ki, bununla bağlı TÜRKPA-nın bəyanatında bildirilib.

Qeyd edilib ki, bu kimi addımlar qarşılıqlı hörmət prinsiplərinə zərbə vurur və regionda gərginliyin daha da artmasına səbəb ola bilər.

"Etnik nifrətin bu cür təzahürləri dinc yanaşı yaşamaq prinsipləri və məsuliyyətli ictimai davranış anlayışı ilə uzlaşmır", - deyə vurğulanıb.

Seçilən
27
1
publika.az

8Mənbələr