AZ

Soyqırım cəlladı Köçəryan “soyqırım”dan danışdı

Xocalı qatili, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Türkiyənin qondarma “erməni soyqırımı”nı tanımaması ilə bağlı növbəti açıqlama verib.

Musavat.com xəbər verir ki, Köçaryan Tsitsernakaberd memorialı önündə jurnalistlərə açıqlamasında bildirib:

“1915-ci ildə baş vermiş faciənin faktı sübut olunub və hamıya məlumdur. Türkiyə inkar siyasətini davam etdirir, lakin bu o demək deyil ki, biz bununla barışmalıyıq. Ermənistana lazım olan yeganə şey ardıcıl olmaqdır. Mənim prezidentliyim dövründə bir çox ölkələr erməni soyqırımını tanıdı. Əgər bu proses davam etsəydi, Ankaranın inkarı mənasız olardı”.

Köçəryan Türkiyə bayrağının İrəvanda məşəl yürüşü öncəsi yandırılması və Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyasına münasibət bildirərkən isə deyib:

“Türkiyənin Xarici İşlər Nazirliyi yoxdur? Mən hər hansı bir ölkənin bayrağının yandırılmasının tərəfdarı deyiləm, amma bu, dünyada geniş yayılmış etiraz formasıdır”.

Xocalı soyqırımının əsas rəhbərlərindən biri olan Köçəryanın bu cür açıqlamalar verməsi kəskin etiraz doğurur. 1992-ci ildə Xocalıda qadın, uşaq, qoca demədən dinc insanların amansızcasına qətlə yetirildiyi bir faciənin başlıca fiqurlarından biri kimi tanınan şəxsin “soyqırım” sözünü dilinə gətirməsi qəbuledilməzdir. Bu baxımdan, 111 il bundan öncə baş vermiş hadisələrə qiymət verməyə heç bir mənəvi haqqı yoxdur.

Eyni zamanda Osmanlının tərkibində ermənilər əsrlər boyu əminamanlıq içində yaşamış, lakin Birinci Dünya Müharibəsi zamanı böyük güclərin təhriki ilə silahlı erməni terror dəstələri qiyama qalxaraq Osmanlı dövlətinə qarşı arxadan zərbə vurmuşdular. Bu hadisələrin “soyqırım” kimi təqdim olunması axmaqlıqdan başqa bir şey deyil.

 

Musavat.com

Seçilən
92
musavat.com

1Mənbələr