AZ

Ağakərim Nafizin yaradıcılıq gecəsi keçirildi Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şamaxıda şair, xanəndə, bəstəkar Ağakərim Nafizin yaradıcılıq gecəsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri və müxtəlif bölgələrdən gələn qonaqların iştirakı ilə Şamaxı Mədəniyyət Mərkəzində keçirilmiş tədbirin aparıcısı Ağakərim Nafizin həyat və yaradıcılığının araşdırıcısı, alim, görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov şairin yaradıcılığından söhbət açaraq onun şeirlərindən nümunələr səsləndirib.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov şair, xanəndə Ağakərim Nafizin yaradıcılığının mədəni mühitə verdiyi dəyərli töhfələrindən geniş söhbət açıb, ona yaradıcılıq nailiyyətləri arzulayıb.

Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin "Eşq" instrumental ansamblın müşayiəti ilə Azərbaycanın tanınmış ifaçıları Xalq artisti Nazpəri Dostəliyeva, Əməkdar artistlər Elnarə Abdullayeva, Şirzad Fətəliyev, Əməkdar müəllim Qəzənfər Abbasov, Əməkdar mədəniyyət işçisi aşıq Ağamurad Şirvanlı, V Muğam televiziya müsabiqəsinin qalibi Mirələm Mirələmov, Ruslan Adgözəlov, Nemət Ərəboğlu, aşıq Əli Tapdıqoğlu, Zeynal Əhmədov, Mütəllim Dəmirov, Əhmədxan Qədirov və Vasif Nuriyev tərəfindən muğam parçaları və mahnılar ifa olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
qafqazinfo.az

1Mənbələr