AZ

“Qalatasaray”dan Səudiyyə Ərəbistanında transfer əməliyyatı FOTO

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyənin “Qalatasaray” futbol komandası növbəti mövsüm üçün heyətin planlaşdırılmasına start verib. Baş məşqçi Okan Burukun təqdim etdiyi siyahı əsasında hərəkətə keçən İstanbul təmsilçisi gözlənilməz bir transfer hədəfini müəyyənləşdirib.

İdman.Biz xəbər verir ki, “sarı-qırmızılılar” Səudiyyə Ərəbistanının “Əl-İttihad” futbol komandasında çıxış edən Corc İlenikhena ilə yaxından maraqlanır. Səudiyyə çempionatına uyğunlaşmaqda çətinlik çəkən 19 yaşlı nigeriyalı mərkəz hücumçusu üçün Türkiyə nəhəngi rəsmi təklif hazırlayıb.

“Qalatasaray” gənc santrforu satın alma hüququ ilə birillik icarəyə götürmək niyyətindədir. Bu mövsüm “Əl-İttihad” forması ilə cəmi beş matça çıxan İlenikhena hələlik qol və ya ötürmə ilə yadda qalmayıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
icma.az

1Mənbələr