AZ

Səmimi etiraf etdi: “Mənə göstərilən təmiz “qırmızı” idi”

“Mənə göstərilən təmiz “qırmızı” idi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah“ın yarımmüdafiəçisi Abdulla Xaybullayev deyib.

Onun işarə etdiyi hadisə Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Sabah" matçının ikinci hissəsinbə qeydə alınıb.

Matçın gedişatına birbaşa təsir edən qərar 46-cı dəqiqədə verilib.

Qarşılaşmanın ilk hissəsində “Sabah”ın və matçın yeganə qoluna imza atan Abdulla Xaybulaev ikinci hissənin elə ilk saniyələrində diqqət mərkəzinə düşüb.

O, “Qarabağ”ın yarımmüdafiəçisi Joni Montielə qarşı kobud hərəkətinə görə baş hakim Elçin Məsiyev tərəfindən birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Abdulla bunları etiraf edib:

“Aldığım qırmızı vərəqəyə görə “Sabah” ikinci hissəni başdan-ayağı azlıqda keçirdi. Hakim haqlı idi? Bəli.

Amma məqsədim rəqibin ayağını tapdamaq deyildi. Sadəcə, mübarizə anında ayağımı qoymağa baş yer yox idi, təsadüfən belə alındı“.

Seçilən
40
sportinfo.az

1Mənbələr