AZ

Toğrul Əsgərov: “Sadə uğursuzluq bizi iki qızıl medaldan uzaqlaşdırdı” ALBANİYADAN VİDEO

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Qadın güləşi üzrə Azərbaycan yığması Albaniyada keçirilən Avropa çempionatına ciddi hazırlaşıb və orada beş idmançı ilə təmsil olunub. Onlardan üçü hələ də gənclər kateqoriyasında çıxış etsə də, dördü medallar uğrunda mübarizə aparıb.

İdman.Biz-in Albaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu qadın güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Toğrul Əsgərov bildirib.

O qeyd edib ki, Elnurə Məmmədova (50 kq) dizindən zədə alaraq yarışdan kənarlaşıb, digər idmançılar isə sona qədər mübarizə apararaq maksimum güc sərf ediblər. Bununla belə, məşqçinin gözləntiləri reallıqla tam üst-üstə düşməyib:

“Biz 57 kq və 59 kq çəki dərəcələrində qızıl medallar qazana bilərdik. Sadə bir uğursuzluq bir anda bizi bundan uzaqlaşdırdı. İki bürünc medal iki qızıl ola bilərdi. Səhvlər üzərində daha çox işləməyə çalışacağıq, komandamız gəncdir, qarşıda uzun yol var”.

Əsgərov əlavə edib ki, idmançıların böyük yarışlarda daha çox təcrübəyə ehtiyacı var və yığmanın əsas məqsədi Olimpiada və orada layiqincə çıxış etməkdir.

O, bu Avropa çempionatında Azərbaycanın ən gənc idmançısı olan və bürünc medal qazanan 18 yaşlı Günay Qurbanova (59 kq) haqqında ayrıca danışıb:

“O, daha iki il gənclər arasında güləşəcək, lakin artıq ikiqat U-23 Avropa çempionu olub və bir dəfə gənclər arasında Avropa çempionatında qalib gəlib. Vaxtından 3-5 il əvvəl iştirak etdiyi böyüklərin Avropa çempionatında isə qızıl medal uğrunda güləşmək şansından bir addımlıqda qaldı və çıxışını bürünc medalla başa vurdu. Bu idmançının böyük potensialı var”.

@idman.biz

Toğrul Əsgərov: "Sadə bir uğursuzluq bizi iki qızıl medaldan uzaq saldı."

♬ original sound Idman və Biz

Leyla Eminova

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
icma.az

1Mənbələr