AZ

Keçmiş deputatdan AzTv sədrinə ŞOK SÖZLƏR: “Rövşən Məmmədovun “mərəzindən”….” KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Baş direktoru Balakişi Qasımovun səlahiyyət müddətinin başa çatması media və ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Mövzu ilə bağlı diqqətçəkən iddialar irəli sürülüb.

KONKRET.az xəbər verir ki, bu sözləri keçmiş deputat Etibar Əliyev sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, Balakişi Qasımov İTV-də müəyyən islahatlara nail olsa da, bəzi tənqidlərdən sonra qadağalarla üzləşib: “Milli Məclisin iclaslarının birində İTV-nin Yayım şurasının işini yüngülvari tənqid etdik və bəzi tövsiyələr verdik. Hörmətli Balakişi müəllim İTV-də bizə dərhal qadağa qoydu. Bu televiziyada verilişlərə dəvət məsələsində dostbazlıq, qohumbazlıq, məhəllə uşağı, sinif yoldaşı, rusdilli ‘kiryuxa’lıq rol oynayıb. Belə işlər bizim mentalitetimizin ‘ornamenti’dir”.

Onun sözlərinə görə, B.Qasımovun AzTV-yə rəhbər gətirilməsi dövlət televiziyasını hazırkı durumundan xilas edə bilər: “Mənim subyektiv fikrim: Balakişi Qasımov AzTV-yə təyin olunarsa, bu televiziyada da müəyyən islahatlar apara bilər. Düşüncəmə görə, yalnız o, Rövşən Məmmədovun dostbazlıq, yerlibazlıq, qohumbazlıq, səriştəsizlik mərəzinə yoluxdurmuş Dövlət televiziyasını xilas edə bilər”.

Natiq Səlim,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
1
konkret.az

2Mənbələr