Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan 8,793 milyon ABŞdolları dəyərində 951 ton mis və ondan hazırlanan məmulatlar ixracedilib.
Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, mis və ondan hazırlanan məmulatların ixracı ötənilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,6 milyon ABŞdolları və ya 22,2% artıb, həcm baxımından isə 24 ton və yaxud 2,5%azalıb.
Hesabat dövründə mis və ondan hazırlanan məmulatların ümumiixracda xüsusi çəkisi 0,16%, qeyri-neft sektoru üzrə xüsusi çəkisiisə 1,12% təşkil edib.
Eyni zamanda 2026-cı ilin yanvar-mart aylarında Azərbaycana 13,7milyon ABŞ dolları dəyərində mis və ondan hazırlanan məmulatlaridxal edilib. Bu, ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə 1,2 milyon ABŞ dolları və ya 9,8% artım deməkdir.
Hesabat dövründə mis və ondan hazırlanan məmulatların ümumiidxalda xüsusi çəkisi 0,22%-ə bərabər olub.