AZ

“Ölkəmiz 159 milyard dollar daha varlı olardı”

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin idxal rüsumlarını ləğv edən qərarını sərt tənqid edərək, dövlət büdcəsinin milyardlarla dollar itirəcəyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, Tramp özünün “TruthSocial” platformasında etdiyi paylaşımda məhkəmənin qərarını “dəhşətli və gülünc” adlandırıb.

Prezidentin sözlərinə görə, bu qərar səbəbindən ABŞ on illərdir ölkədən “sui-istifadə edən” şəxs və müəssisələrə 159 milyard dollar vəsaiti geri qaytarmalı olacaq:

“On illərdir ölkəmizdən sui-istifadə edən insanlar və müəssisələr Ali Məhkəmənin dəhşətli qərarı səbəbindən hazırda 159 milyard dollar vergi borcludurlar. Əgər məhkəmə bu pulun geri qaytarılmamasına qərar versəydi, ölkəmiz 159 milyard dollar daha varlı olardı”.

Xatırladaq ki, cari ilin 20 fevral tarixində ABŞ Ali Məhkəməsi Donald Trampın Fövqəladə İqtisadi Səlahiyyətlər Qanununa (IEEPA) əsaslanaraq tətbiq etdiyi tariflərin əksəriyyətini qanunsuz hesab edərək ləğv edib. 6-3 səs çoxluğu ilə qəbul edilən qərarda bildirilir ki, prezidentin birtərəfli qaydada belə genişmiqyaslı vergi və tarif tətbiq etmək səlahiyyəti yoxdur.

Qərardan dərhal sonra həm hakimləri, həm də qubernatorları hədəf alan Tramp tarifləri başqa hüquqi yollarla yenidən tətbiq edəcəyinə söz verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
qafqazinfo.az

1Mənbələr