İspaniya La Liqasında 32-ci tura start verilib.
QOL.az xəbər verir ki, turun açılış matçında “Betis” öz meydanında “Real”ı qəbul edib. “Kral klubu” qələbəyə yaxın olsa da, sonda 3 xalı əldən verib.
“Betis” - “Real” - 1:1
Qollar: Vinisius, 17 (0:1), Bellerin, 90+4 (1:1)
Bu nəticədən sonra “Real” 74 xalla ikinci, “Betis” isə 50 xalla beşinci pillədə qərarlaşıb.