AZ

159 milyardı geri qaytarmalıyıq Tramp

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ali Məhkəmənin qərarı səbəbindən hökumət yığılmış 159 milyard dollarlıq tarifləri geri qaytarmaq məcburiyyətində qalacaq.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“Onilliklər boyu ölkəmizdən sui-istifadə edən insanlar və şirkətlər Ali Məhkəmənin dəhşətli və gülünc tarif qərarı səbəbindən 159 milyard dollarlıq ödəniş qaytarılması ilə üzləşirlər”, - Tramp bildirib.

Tramp vurğulayıb ki, Ali Məhkəmə bu vəsaitləri Amerika hakimiyyətinin nəzarəti altında saxlasaydı, daha yaxşı olardı.

Qeyd edək ki, ötən ilin dekabrında Tramp ABŞ-ın 2025-ci ildə idxal rüsumları hesabına təxminən 20 trilyon dollar gəlir əldə edə biləcəyini bildirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
3
axar.az

9Mənbələr