AZ

İsrail HƏMAS ın bir neçə silahlı üzvünü məhv etdiyini bildirib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 aprel, AZƏRTAC

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında HƏMAS hərəkatının bir neçə silahlı üzvünün məhv edildiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilib: “Əsgərlər Qəzza zolağının şimalında İsrail qüvvələrinin yaxınlığında silahlı HƏMAS üzvlərini aşkar ediblər. Təhlükəni aradan qaldırmaq məqsədilə onlar hava zərbəsi ilə zərərsizləşdirilib”.

Qurum əlavə edib ki, zərbədən əvvəl mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün bir sıra tədbirlər görülüb. Bunlara dəqiq idarə olunan sursatlardan istifadə və hava müşahidəsinin aparılması daxildir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
108
1
azertag.az

2Mənbələr