AZ

ABŞ valyutası yenidən rekord qırdı – səbəblər açıqlandı

2026-cı ilin fevralında qlobal ödənişlərdə ABŞ dollarının payı 49,2% təşkil etdiyi halda, mart ayında bu göstərici 51,1%-ə yüksələrək rekord səviyyəyə çatıb.

Musavat.com xəbər verir ki, bu artım dolların beynəlxalq maliyyə sistemindəki mövqeyinin hələ də güclü olaraq qaldığını göstərir. Analitiklər qeyd edir ki, “dedollarizasiya” ilə bağlı tez-tez səslənən fikirlər real vəziyyəti tam əks etdirmir.

Mütəxəssislərin fikrincə, ABŞ-nin mayeləşdirilmiş təbii qaz ixracının artması enerji ticarətində dolların rolunu genişləndirir. Eyni zamanda, sanksiya risklərinin yüksəlməsi ölkələri dollarla hesablaşmalara daha çox bağlayır.

Bundan əlavə, geosiyasi gərginliklər fonunda investorlar dolları “təhlükəsiz liman” kimi görür və vəsaitlərini bu valyutaya yönəldirlər. Qlobal maliyyə infrastrukturu da hələlik əsasən dollar üzərində qurulduğundan, alternativlərin tətbiqi məhdud qalır.

Beləliklə, dünya dolları əvəz etmək əvəzinə, onun üzərində qurulan sistemi daha da genişləndirir və bu da ABŞ valyutasının dominantlığını qoruyub saxlayır.

 

Musavat.com

Seçilən
55
musavat.com

1Mənbələr