AZ

"Atletiko" Braziliya millisinin üzvünü transfer etmək istəyir

Bakı. Trend:

"Vulverhempton"un yarımmüdafiəçisi Joao Gomes karyerasınıİspaniya La Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki,"Atletiko" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə"Talksport" məlumat yayıb.

İngiltərə klubu Qomes üçün 45 milyon avro tələb edir. "Atletiko"25 yaşlı oyunçunu yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Vulverhempton" Joao Qomesi 2023-cü ilinyanvarında "Flamenqo"dan 18 milyon avroya transfer edib. Braziliyamillisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətindəmeydana çıxdığı 37 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə iləyadda qalıb.

Seçilən
65
2
az.trend.az

2Mənbələr