AZ

ABŞ prezidenti etiraf etdi: 159 milyard qaytarılacaq

ABŞ prezidenti Donald Trampın ötən il tətbiq etdiyi idxal tariflərinin qanunsuzluğu ilə bağlı Ali Məhkəmənin qərarına görə Ağ Ev 159 milyard dollarlıq tarifləri geri qaytarmalı olacaq.

Musavat.com xəbər verir ki, bunu Tramp özünə məxsus Truth Social hesabında paylaşıb: "Ali Məhkəmənin dəhşətli və gülünc tarif qərarı səbəbindən onilliklərdir ölkəmizdən istifadə edən insanlar və şirkətlər indi 159 milyard dollarlıq geri ödəmə alıqlar".

ABŞ prezidenti məhkəmənin qərarında "ABŞ-ın artıq ödənilmiş pulun geri qaytarılmasına borclu olmadığına" dair bir bəndin olmamasına təəssüflənib. Onun yazdığına görə, belə bir "yarım təklif" ölkəni 159 milyard dollar daha varlı edərdi.

 

Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr