AZ

ABŞ-də federal səviyyədə edamlar bərpa olunacaq

Ajans.az TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı press-relizdə bildirilib. Məlumata görə, ölümcül inyeksiya protokolu yenidən qüvvəyə mindirilir və edam üsullarının sayı artırılır, o cümlədən güllələnmə də əlavə edilir. "Əvvəlki administrasiya ən təhlükəli cinayətkarlar, o cümlədən terrorçular, uşaq qatilləri və polis qatillərinin cəzalandırılması üzrə öhdəliyini yerinə yetirmədi. Donald Tramp dövründə Ədliyyə Nazirliyi yenidən qanunun icrasını təmin edir və qurbanları dəstəkləyir", - deyə ABŞ baş prokurorunun səlahiyyətlərini icra edən Todd Blanş bildirib.
Seçilən
58
1
Ajans.az

2Mənbələr