ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Polşanın Yagelloniya klubunun futbolçusu Afimiko Pululu karyerasını Azərbaycanda davam etdirə bilər. Sport24.az-ın Polşa mətbuatına istinadən yaydığı məlumata görə, Premyer Liqanın aparıcı komandalarından biri 27 yaşlı hücumçu ilə yaxından maraqlanır.
Klubun adı açıqlanmasa da, futbolçuya mövsümlük 500 min dollar maaş təklif olunduğu bildirilir.
Pululunun Polşa təmsilçisi ilə müqaviləsi bu yay başa çatır. Hücumçuya Serbiya, Qazaxıstan və Türkiyədən də təkliflərin olduğu qeyd edilir.
Qeyd edək ki, Afimiko Pululu "Yagelloniya"nın heyətində keçirdiyi 129 oyunda 52 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Konqolu forvard cari mövsüm Polşa çempionatında 29 matçda 12 qol və 5 assistə imza atıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.