AZ

Tramp: ABŞ Ali Məhkəmənin qərarından sonra 159 milyard dollarlıq tarifləri geri qaytaracaq

Ali Məhkəmənin qərarı səbəbindən hökumət yığılmış 159 milyard dollarlıq tarifləri geri qaytarmaq məcburiyyətində qalacaq.

 

Senzor.az bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında yazıb: “Onilliklər boyu ölkəmizdən sui-istifadə edən insanlar və şirkətlər Ali Məhkəmənin dəhşətli və gülünc tarif qərarı səbəbindən 159 milyard dollarlıq ödəniş qaytarılması ilə üzləşirlər”.

 

Qeyd edib ki, Ali Məhkəmə bu vəsaitləri Amerika hakimiyyətinin nəzarəti altında saxlasaydı, daha yaxşı olardı.

 

Xatırladaq ki, ötən ilin dekabrında Tramp ABŞ-ın 2025-ci ildə idxal rüsumları hesabına təxminən 20 trilyon dollar gəlir əldə edə biləcəyini bildirmişdi.

 

Fevralın 20-də ABŞ Ali Məhkəməsi Prezidentin Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) çərçivəsində digər ölkələrə idxal tarifləri tətbiq etməsini səlahiyyət həddinin aşılması kimi qiymətləndirib. Bununla belə, məhkəmə hökumətin əvvəllər tariflər şəklində toplanmış vəsaiti geri qaytarıb-qaytarmamalı olduğunu dəqiqləşdirməyib.

Seçilən
3
5
senzor.az

9Mənbələr