AZ

Trampdan şok İran açıqlaması: “Təklif hazırlayırlar...”

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp cümə günü “Reuters”a verdiyi açıqlamada bildirib ki, İran ABŞ-nin tələblərini qarşılamağa yönəlik bir təklif təqdim etməyi planlaşdırır.

"Cebheinfo.az" xəbər verir ki, Tramp telefon danışığında “Bir təklif hazırlayırlar, nə olacağını hələ bilmirəm, amma görəcəyik” deyə qeyd edib.

ABŞ Prezidenti, ölkəsinin kimlərlə danışıqlar apardığı sualına isə “Bunu açıqlamaq istəmirəm, lakin hazırda söz sahibi olan, səlahiyyəti əlində saxlayan şəxslərlə görüşürük” cavabını verib.

Ağ Evin sözçüsü Karolin Leavitt dünən jurnalistlərə açıqlamasında Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşneri İslamabadda iranlı tərəfdaşlarla görüşmək üçün göndərdiyini, onların bu səhər yola düşəcəyini bildirib.

Karolin Leavitt ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin isə Vaşinqtonda qalacağını vurğulayaraq belə deyib:

“ABŞ Prezidenti Donald Tramp xüsusi elçisi Stiv Uitkoff və müşaviri Cared Kuşneri sabah səhər Pakistana gedərək, bütün bu proses boyunca İran nümayəndə heyəti ilə danışıqlarda mühüm vasitəçilik rolunu oynayan pakistanlıların təşkil etdiyi birbaşa görüşlərdə iştirak edəcəklər”.

Karolin Leavitt əlavə edib ki, bu görüşlərin səmərəli olacağına ümid edirlər.O, Trampın nüvə silahı məsələsində “qırmızı xətt”ini dəfələrlə vurğuladığını və bu mövzuda mövqelərinin aydın olduğunu bildirib.

Bununla yanaşı, Prezidentin İran tərəfinin təqdim edəcəyi təklifləri dinləmək istədiyini qeyd edib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
50
cebheinfo.az

10Mənbələr