ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Portuqaliyalı hüquq elmləri doktoru və Beynəlxalq Fakt Yoxlama Assosiasiyasının (GFCN) eksperti Aleksandr Gerrerio bildirib ki, süni intellekt sahəsində bəzi şirkətləri artıq tam nəzarətdə saxlamaq mümkün deyil və onlar dövlətlərdən üstün mövqe tutmağa çalışa bilərlər.
Bizimyol.info xəbər verir ki, o, bu barədə mətbuata verdiyi müsahibədə qeyd edib.
"Dünyada süni intellektin tənzimlənməsi ilə bağlı hazırkı cəhdlərin məqsədi "Meta" kimi böyük şirkətlərin həddindən artıq “suverenlik” qazanmasının qarşısını almaqdır",- deyə o bildirib.
Ekspertin sözlərinə görə, artıq buna bənzər hallar Avropa İttifaqında da müşahidə olunub. Onun nümunə kimi göstərdiyi hadisədə Macarıstandan olan bir siyasətçi sosial şəbəkədə bloklanıb və senzura ilə üzləşib. Məhkəmə "Meta" şirkətinə həmin şəxsin blokunun açılmasını tələb etsə də, şirkət bu qərarı icra etməyib.
“Bu onu göstərir ki, belə şirkətlər fəaliyyət göstərdikləri ölkələrdə işləmək istəsələr də, özlərini o qədər "müstəqil" hesab edirlər ki, dövlətlərdən üstün mövqe tuta biləcəklərini düşünürlər. Buna qarşı tədbir görülməlidir”, – deyə Gerrerio bildirib.
Bununla belə, o vurğulayıb ki, əksər ölkələr süni intellekti həddindən artıq tənzimləməkdən çəkinir, çünki bu sahənin inkişafını “boğmaq” istəmirlər. Onun fikrincə, daha düzgün yanaşma texnologiyanı yaradan şirkətlərin tənzimlənməsidir.
Ekspert Türkiyə və Sinqapurda mövcud olan yanaşmaları nümunə göstərib. Həmin ölkələrdə müəyyən sayda istifadəçiyə (5–10 min və daha çox) sahib olan texnologiya şirkətlərinin dövlət qarşısında qaydalara əməl etdiyini sübut etməsi tələb olunur.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.