AZ

Nazir müavini Bişkekdə Beynəlxalq Nəqliyyat Forumunda iştirak edib (FOTO)

Bakı.Trend:

Bişkek şəhərində “Qırğızıstan – regional qovşaq: qitələribirləşdirərək” adlı Beynəlxalq Nəqliyyat Forumu keçirilib. Tədbirdəölkəmiz rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini CavidQurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən(RİNN) məlumat verilib.

Bildirilib ki, forum çərçivəsində Türk Dövlətləri Təşkilatı(TDT) nəqliyyat nazirlərinin 9-cu iclası keçirilib. Tədbirdəbeynəlxalq logistika zəncirlərində baş verən dəyişikliklər,alternativ nəqliyyat marşrutlarının artan əhəmiyyəti, həmçinin OrtaDəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) üzrə əməkdaşlığıngenişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, OrtaDəhliz regionlar arasında dayanıqlı və şaxələndirilmiş nəqliyyatəlaqələrinin təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı,dəhlizin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasıməqsədilə inzibati prosedurların sadələşdirilməsi, tələblərinuyğunlaşdırılması və mövcud infrastruktur maneələrinin aradanqaldırılmasının vacibliyi vurğulanıb.

Səfər çərçivəsində, həmçinin Türkiyənin nəqliyyat vəinfrastruktur nazirinin müavini Durmuş Ünüvar ilə ikitərəfli görüşkeçirilib, qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikirmübadiləsi aparılıb.

Nazir
Nazir
Nazir
Nazir
Nazir
Seçilən
14
13
az.trend.az

10Mənbələr