Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Mətbəxdə tərəvəzlərin təravətini saxlamaq üçün tətbiq edilən maraqlı üsullardan biri kartof səbətinə alma qoymaqdır. İlk baxışda təsadüfi görünən bu addım əslində kartofun saxlama müddətini xeyli artırır.Demokrat.az xəbər verir ki, almanın yetişməsi zamanı ifraz etdiyi etilen qazı bir çox meyvəni tez xarab etsə də, kartofa müsbət təsir göstərir. Bu qaz kartofun cücərmə prosesini ləngidir. Beləliklə tərəvəz həm bərk qalır, həm də dadını uzun müddət qoruyur.Düzgün saxlama şəraiti üçün kartofu soğanla bir yerdə tutmamaq vacibdir. Çünki soğan kartofun tez xarab olmasına zəmin yaradır. Effektin tam olması üçün tərəvəzləri qaranlıq və sərin yerdə saxlamaq tövsiyə edilir. Bu xırda detalla məhsulun ömrünü aylarla uzatmaq mümkündür.Aytən
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.