AZ

Sabiq baş katibə qarşı yeni ittihamlar irəli sürülüb

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İsrailin Baş naziri Benyamin Netanyahunun Böyük Britaniyaya səfir təyin etdiyi keçmiş baş katibi Tzaçi Bravermanın bir qadına qarşı cinsi istismar törətdiyi iddiası ortaya çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, İsrailin "Haaretz" qəzetinin xəbərinə görə, bir qadın Bravermanın onu cinsi istismar etdiyini sübutlarla birlikdə İsrail polisinə bildirib.

Daha əvvəl məxfi sənədlərin sızdırılması işi ilə də adı hallanan və Böyük Britaniyaya səfir təyin edilən Netanyahunun keçmiş baş katibi Tzaçi Bravermanın ona qarşı cinsi istismar etdiyini bildirən qadın, polisə sübutlar təqdim etsə də, qorxduğu üçün rəsmi şikayət etməkdən imtina edib.

Qadın polisdən məsələ ilə bağlı hələlik araşdırma başlanmamasını və məlumatların istifadə edilməməsini xahiş edib.

 “Onun danışdıqları dəhşətlidir və görünür ki, sübutlarla, həmçinin hadisədən dərhal sonra insanların eşitdikləri ilə təsdiqlənir”, - deyə məxfi bir mənbə bildirib.

Xəbərdə qeyd olunur ki, hadisənin mərkəzində Netanyahunun vəkillərindən Amit Hadad da yer alır.

Bildirilir ki, qadın hadisənin detalları barədə Hadadla danışıb və onun Bravermanla əlaqəsinə görə başqa vəkillərə yönləndirilib.

Tzaçi Bravermanın ətrafına özünə qarşı şantaj edildiyini iddia etməsinə baxmayaraq, bu istiqamətdə rəsmi müraciət etmədiyi vurğulanıb.

“Braverman xəbərlərlə bağlı "şərh yoxdur" deyib. Hadad isə hələlik cavab verməyib”, - deyə xəbərdə qeyd olunub.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
35
cebheinfo.az

10Mənbələr