AZ

FİFA DÇ-2026-da İranı İtaliya ilə əvəzləcəkmi?

style='margin-bottom:10px;'>

FİFA 2026-cı il dünya çempionatında İran milli komandasının İtaliya milli komandası ilə əvəzlənməsi ssenarisini müzakirə etmir. 

QOL.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Daha əvvəl belə təşəbbüslə ABŞ Prezidenti Donald Trumpın nümayəndəsi Paolo Zampolli çıxış etmişdi. O, dördqat dünya çempionu olan İtaliyanın seçmə mərhələ keçmədən turnirə buraxıla biləcəyini bildirmişdi.

Lakin FİFA daxilində bu ideya dəstək qazanmayıb. Qurumun prezidenti Canni İnfantino daha əvvəl İran millisinin turnirdə “dəqiq iştirak edəcəyini” vurğulamışdı.

Hazırda İranın iştirakı ətrafında geosiyasi gərginlik fonunda müzakirələr davam etsə də, Tehranda komandanın yarışa hazır olduğu və heç bir məhdudiyyət olmadan çıxış etməyi planlaşdırdığı bildirilib.

Qeyd edək ki, 2026 FIFA Dünya Çempionatı iyunun 11-də start götürəcək və ABŞ, Kanada və Meksikada keçiriləcək.

Seçilən
60
40
teleqraf.com

10Mənbələr