Bakı.Trend:
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri iləaprelin 24-də ümumi çəkisi 18,2 kiloqramdan artıq narkotik vasitəaşkar olunaraq götürülüb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumatverilib.
Bildirilib ki, ötən gün polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 3 tapança, 5 tüfəng, 3 patrondarağı və 21 patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuzsaxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.