AZ

Almaniya Hörmüzə hərbi gəmilərini göndərib

Bakı. Trend:

Almaniya hökuməti Bundestaqın icazəsindən sonra Hörmüz boğazındaoperativ yerləşdirmə məqsədilə hərbi-dəniz bölmələrini əvvəlcədənAralıq dənizinə göndərib.

Trend xaricimediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın Müdafiənazirliyinin rəhbəri Boris Pistorius yerli qəzetə müsahibəsindədeyib.

“Vaxta qənaət etmək üçün qərara gəldik ki, Almaniyanın bəzibölmələrini əvvəlcədən Aralıq dənizinə göndərək ki, Bundestaqınmandatı təsdiqləməsindən sonra əlavə vaxt itirməyək”,- Pistoriusqeyd edib.

O qeyd edir ki, Aralıq dənizinə minaaxtaran gəmi vəmaddi-texniki təchizat gəmisini göndərilib.

Pistoriusun sözlərinə görə, Bundestaqın mandatı çox qısamüddətdə əldə oluna bilər.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Məqalədə:
Seçilən
24
2
az.trend.az

3Mənbələr