AZ

İranda daha bir edam: Yanvar etirazlarının iştirakçısı "Mossad"la əlaqədə ittiham olunaraq asıldı

İran hakimiyyəti yanvar ayında baş vermiş kütləvi etiraz aksiyalarının iştirakçılarından biri olan Erfan Kiani barəsində çıxarılmış ölüm hökmünü icra edib.

Musavat.com xəbər verir ki, dövlət mediası tərəfindən İsrailin kəşfiyyat xidməti olan "Mossad"la əməkdaşlıqda ittiham edilən Kianinin edam hökmü Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra sübh saatlarında yerinə yetirilib. Məhkəmə sisteminə bağlı olan "Mizan" agentliyinin yaydığı məlumata görə, Kiani İsfahan şəhərində iğtişaşlar zamanı binaların yandırılması, əmlaka zərər vurulması, yolların bağlanması və təhlükəsizlik qüvvələrinə hücumlar təşkil edən qrupa rəhbərlik etməkdə günahlandırılıb.

Rəsmi ittihamnamədə onun xarici xüsusi xidmət orqanlarının konkret tapşırıqlarını yerinə yetirdiyi iddia edilsə də, bu əlaqələri sübut edən hər hansı ictimai fakt təqdim olunmayıb. Hüquq müdafiəçiləri isə bu edamı ölkədə davam edən repressiyaların bir hissəsi kimi qiymətləndirərək, məhkəmə prosesinin şəffaf keçirilmədiyini bildirirlər.

Bu hadisə beynəlxalq təşkilatların İrana edam cəzalarından siyasi alət kimi istifadə etməməsi barədə çağırışları fonunda baş verib. Hazırda İranda etirazlarla bağlı oxşar ittihamlarla daha bir neçə şəxsin edam növbəsində olduğu bildirilir.

Musavat.com

Seçilən
42
33
musavat.com

10Mənbələr