AZ

Azərbaycanda avtobus istehsalı 3 dəfəyə yaxın artıb

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 71 ədəd avtobus istehsal edilib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artıb.

Bundan başqa, hesabat dövründə 191 ədəd yük avtomobili istehsal edilib ki, bu da illik müqayisədə 6,8 faiz çoxdur.

Aprel ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır avtobus ehtiyatı 34 ədəd, yük avtomobili ehtiyatı isə 12 ədəd təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
2
apa.az

3Mənbələr