Birləşmiş Ərəb Əmirliklərinin diplomatı 2800 raket və pilotsuz təyyarənin hücumundan sonra Tehrana etibarın bərpasının “əsrlər” aparacağını bildirib...
Poliqon xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin müşaviri Anvar Qarqaş açıqlamasında İranın uzunmüddətli təhlükə olduğunu bildirib.
“Artıq regiona, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə tamamilə aydın oldu ki, İran uzunmüddətli təhlükədir. 2800 raket və pilotsuz təyyarənin hücumuna məruz qaldıqdan sonra mənə etimaddan danışmaq olmaz. Bunun üçün tamamilə yeni dövrlər lazımdır”, deyə Qarqaş qeyd edib.
Qarqaş BƏƏ-nin müasir xarici siyasətinin əsas memarlarından biri hesab olunur. O, regional təhlükəsizlik məsələlərində, xüsusilə İranın təsirinin cilovlanması və ekstremist qruplaşmalarla mübarizə aparılması kimi məsələlərdə praqmatik, lakin sərt mövqeyi ilə tanınır.
Diplomatın bu sözləri son aylarda İranla BƏƏ arasında gərginliyin artdığı bir vaxta təsadüf edir. Rəsmi Tehran hələlik Qarqaşın bu açıqlamalarına cavab verməyib. Qarqaş BƏƏ-nin regional siyasətinin formalaşmasında mühüm rol oynayır və onun bu cür kəskin bəyanatı Əmirliklərin İrana qarşı mövqeyində sərtləşmənin olduğunu göstərir.
Poliqon.info