AZ

ABŞ Maduroya Venesuela vəsaitlərindən vəkillərə ödəniş etməyə icazə verib

Maduro və həyat yoldaşının Venesuela vəsaitlərindən vəkillərə ödəniş etmək istəməsi sanksiyalarla bağlı əvvəllər mübahisələrə səbəb olmuşdu...

ABŞ hakimiyyəti keçmiş Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı, keçmiş neft naziri Nelson Floresə narkotik qaçaqmalçılığı ilə bağlı cinayət işi çərçivəsində vəkillərin xidmət haqqını ödəmək üçün Venesuelaya məxsus dondurulmuş vəsaitlərdən istifadə etməyə icazə verib.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Agentliyin əldə etdiyi məhkəmə sənədlərinə əsasən, ABŞ Ədliyyə Departamenti Maduro və Floresə həbs olunduqları andan vəkillik xidmətləri üçün “ağlabatan xərcləri” ödəmək məqsədilə Venesuelanın dondurulmuş aktivlərindən istifadə etməyə icazə verən etirafnamə təqdim edib. Qeyd edək ki, bu vəsaitlər Venesuela Mərkəzi Bankına məxsusdur.

Bu məsələ əvvəllər sanksiyalarla bağlı qızğın mübahisələrə səbəb olmuşdu. Maduro hələ 2023-cü ilin sentyabrında ABŞ-a ekstradisiya edilmişdi. İttiham tərəfi iddia edir ki, Maduro narkotik qaçaqmalçılığı, xüsusilə kokain qaçaqmalçılığında iştirak edib və terror təşkilatları ilə əməkdaşlıq edib. Həm Maduro, həm də Flores öz günahlarını qəti şəkildə inkar edir.

Prokurorluq məhkəmədən iş üzrə ilkin dinləmənin 60 gün ərzində təyin edilməsini xahiş edib. İclasda qərar bundan sonra veriləcək. Bu icazə, müdafiə hüququ ilə ABŞ-ın Venesuelaya qarşı tətbiq etdiyi sərt sanksiyalar arasında tarazlığın qorunması cəhdi kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr