AZ

İqtisadiyyatda boşluğu görən adam sahibkardır

ain.az, Adelet.az portalına istinadən məlumat yayır.

"Ona görə də hamı eyni yolu gedəndə, o başqa istiqamət seçir. O, hamıdan əvvəl bazarda problemi görür və sonra onun həllini tapır. Daha sonra bunu sistemə çevirir". 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

"Beləcə, iş başlayır və insanlar iş tapır, onun sayəsində ailəsinə çörək aparır.Cəmiyyətdə də onun sayəsində inkişaf edir və həyatın hər sahəsində pul dövriyyəyə girir. Amma sahibkarın əsas işi pul qazanmaq deyil. O, sadəcə dəyər yaradır. Pul onun nəticəsidir.Beləcə iqtisadiyyat sənədlərlə yox, qərarlarla böyüyür. Hər qərarın arxasında isə bir sahibkar dayanır. Bu gün həmin insanların günüdür. Azərbaycanda Sahibkarlar Günü qeyd edilir.Gününüz mübarək, Çox Vacib Şəxslər!", - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
1
adalet.az

1Mənbələr