AZ

Artıq çəkinin yaratdığı ciddi problemlər

Yeni araşdırma göstərir ki, sağlamlığa yalnız çəki artımı faktı deyil, həm də onun hansı yaş dövründə baş verməsi ciddi təsir göstərir.

Publika.az xarici mediaya istinadla xəbər verir ki, erkən yetkinlik dövründə çəki artımı ölüm riski ilə daha sıx əlaqəlidir.

Araşdırmaya görə, 17–29 yaşları arasında piylənmə inkişaf edən şəxslərdə, 60 yaşına qədər piylənmə yaşamayanlarla müqayisədə, müşahidə dövründə hər hansı səbəbdən ölüm riski təxminən 70 faiz daha yüksək olub.

Tədqiqat İsveçin Lund Universitetinin alimləri tərəfindən aparılıb və çəkinin dinamik izlənməsinə əsaslanıb. Araşdırmada 600 mindən çox insanın məlumatları təhlil edilib və yalnız 17–60 yaş aralığında ən azı üç dəfə çəki ölçməsi qeydə alınmış iştirakçılar nəzərə alınıb.

Alimlərin fikrincə, erkən yaşlarda artıq çəki ilə yaşamaq orqanizmdə uzunmüddətli bioloji stress yaradır. Bu isə bədənə əlavə yük salaraq erkən qocalmaya və müxtəlif xəstəliklərin inkişafına səbəb ola bilər.

Seçilən
49
3
publika.az

3Mənbələr