AZ

Qanun pozuntusunu gizlətmək istəyən sürücü saxlanıldı

Ajans.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti hadisə ilə bağlı məlumat yayıb. Həmin qanunazidd hərəkətlər kameralar vasitəsilə aşkar olunmuş və nəqliyyat vasitəsi dərhal YPX əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin çəkisinin normadan artıq olduğu, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, eləcə də onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib. Fakt üzrə müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilmiş, məhkəmənin qərarı ilə A. Şivəxanov 30 gün müddətində inzibati qaydada həbs edilib.

Seçilən
85
3
Ajans.az

10Mənbələr