AZ

Türkiyə Hörmüz boğazının minalardan təmizlənməsində iştirak edə bilər

BAKI, 25 aprel. TELEQRAF

Türkiyə İran və ABŞ arasında əldə oluna biləcək potensial razılaşmadan sonra Hörmüz boğazının minalardan təmizlənməsi prosesinə qoşula bilər.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Nazir qeyd edib ki, rəsmi Ankara minalardan təmizləmə əməliyyatlarında iştirak etməkdə heç bir problem görmür.

H.Fidan bu fəaliyyəti prinsipial olaraq humanitar vəzifə adlandırıb.

Seçilən
41
teleqraf.com

1Mənbələr