AZ

Beynəlxalq konqresin ikinci günü: Tanınmış mütəxəssislər Bakıda bir araya gəldi FOTO

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Bu gün 7-ci Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə və Metabolik Xəstəliklər Konqresinin ikinci günü işə başlayıb.

Redaktor.az xəbər verir ki, tədbir "Bakı Marriott Hotel Boulevard" da keçirilir və gün ərzində yerli və xarici mütəxəssislərin iştirakı ilə elmi sessiyalar, panel müzakirələri və təqdimatlar nəzərdə tutulub.

Konqresin ikinci günü səhər saatlarında qeydiyyatla başlayıb. Ardınca açılış mərasimi keçirilib və dövlət rəsmilərinin çıxışları planlaşdırılıb. Daha sonra Azərbaycanda bariatrik-metabolik cərrahiyyənin 13 ildə keçdiyi yol barədə qısametrajlı film nümayiş olunub.

Elmi proqram çərçivəsində IFSO prezidenti Prof. Khaled Gawdat “Piylənmənin müalicəsinin gələcəyi” mövzusunda çıxış edib. Türkiyədən Prof. Mustafa Taşkın isə bariatrik və metabolik cərrahiyyənin türk dünyasında formalaşması və gələcək inkişaf perspektivlərindən danışıb.

Günün birinci yarısında Türkiyədə ümumi cərrahiyyə təhsilinin inkişafı, piylənmə ilə mübarizədə qlobal yanaşmalar, eləcə də Azərbaycanda orqan donorluğu və transplantasiyasında yeni mərhələ mövzuları da müzakirəyə çıxarılıb.

Saat 11:30-dan etibarən 1-ci panel öz işinə başlayıb. Burada piylənmənin cərrahi müalicəsində müasir tendensiyalar, 2-ci tip diabetdə cərrahi yanaşmalar, bariatrik cərrahiyyənin təhlükəsizlik məsələləri, "Sleeve Plus" prosedurları və qastroektomiyadan sonra yaranan ağırlaşmalar mövzularında məruzələr təqdim olunub.

Günün ikinci yarısında isə V Türk Dilli Xalqların Bariatrik Konqresi çərçivəsində 2-ci panel keçirilir. Paneldə robotik bariatrik-metabolik cərrahiyyənin üstünlükləri, əməliyyatlardan sonra baş verən ağırlaşmaların hüquqi baxımdan araşdırılması, həmçinin təkrar çəki artımından sonra reviziya strategiyaları müzakirə olunur.

Konqresin əsas məqsədi piylənmə və metabolik xəstəliklərin müalicəsində beynəlxalq təcrübənin paylaşılması, yeni cərrahi yanaşmaların təqdim edilməsi və region ölkələri arasında tibbi əməkdaşlığın genişləndirilməsidir.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
1
redaktor.az

2Mənbələr