AZ

Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalanıb (FOTO)

Bakı.Trend:

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları”QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstana işgüzar səfəriçərçivəsində “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” BeynəlxalqAssosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin İdarə Heyətininnövbəti iclasında iştirak edib.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumatverilib.

“Görüşdə qeyd olunub ki, Trans-Xəzər Beynəlxalq NəqliyyatMarşrutu son illər ərzində qlobal yükdaşıma marşrutları arasındamühüm mövqe qazanıb, bu marşrutla Şərq-Qərb-Şərq istiqamətindədaşınan yüklərin həcmi mütəmadi artır və bu da öz növbəsindəəməliyyatların səmərəliliyinin yüksəldilməsi və rəqəmsal həlləringeniş tətbiqini ön plana çıxarır.

Eyni zamanda, TBNM BA Hüquqi Şəxslər Birliyinin icra orqanınınötən iki il ərzində gördüyü işlər nəzərdən keçirilib, mövcudyükdaşıma planının təkmilləşdirilməsi və Bakı–Tbilisi–Qars dəmiryolu vasitəsilə Avropa istiqamətində konteyner daşımalarınıninkişafının zəruriliyi vurğulanıb”,-məlumatda qeyd edilib.

Orta
Orta
Orta
Seçilən
71
az.trend.az

1Mənbələr