AZ

Azərbaycanın neft qiymətlərinin həftəlik İCMALI

Bakı.Trend:

Bu həftə "Azeri Light CIF", "Urals", "Dated Brent" və "AzeriLight FOB Ceyhan" markalı neftin orta qiymətləri azalıb.

Trend-inməlumatına görə, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağındanhasil edilən "Azeri Light CIF" markalı neftin orta qiyməti ötənhəftə ilə müqayisədə 3,39 ABŞ dolları və ya 2,9 faiz azalaraq 112,1ABŞ dolları təşkil edib.

Məlumata əsasən, həftə ərzində bu markalı xam neftin maksimalqiyməti bir barel üçün 113,97 ABŞ dolları, minimal qiyməti isə110,51 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə "Azeri Light"markalı neftin orta qiyməti bir barel üçün 109,01 ABŞ dollarıtəşkil edib ki, bu da ötən həftənin göstəricisindən 2,42 ABŞdolları və ya 2,2 faiz aşağıdır. Həftə ərzində ən yüksək qiymət110,78 ABŞ dolları, ən aşağı qiymət isə 107,39 ABŞ dollarıolub.

"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə0,19 ABŞ dolları və ya 0,2 faiz azalaraq bir barel üçün 84,50 ABŞdollarına düşüb. Həftə ərzində maksimal qiymət 87,81 ABŞ dolları,minimal qiymət isə 79,73 ABŞ dolları təşkil edib.

"Dated Brent" markalı neftin orta qiyməti 109,69 ABŞ dollarıolub ki, bu da ötən həftə ilə müqayisədə 8,22 ABŞ dolları və ya 7faiz aşağıdır. Həftə ərzində bir barel üzrə ən yüksək qiymət 112,31ABŞ dolları, minimal qiymət isə 105,96 ABŞ dolları olub.

Neft /Tarix

20.04.2026

21.04.2026

22.04.2026

23.04.2026

24.04.2026

Orta qiymət

Azeri LT CIF

$110.51

$110.89

$113.11

$112.02

$113.97

$112.1

Azeri Light FOB Ceyhan

$107.39

$107.84

$110.09

$108.94

$110.78

$109.01

Urals (EX NOVO)

$79.73

$82.26

$86.39

$86.29

$87.81

$84.50

Dated Brent

$105.96

$107.69

$112.31

$110.94

$111.56

$109.69

Məqalədə:
Seçilən
49
2
az.trend.az

3Mənbələr