AZ

Naxçıvanda yol qəzası: xəsarət alanlar var

Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb. Qəza Naxçıvan–Sədərək magistral yolunun Duzdağ ərazisindən keçən hissəsində qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, "Mercedes" markalı minik avtomobili ilə "Changan" markalı yük avtomobilinin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Mustafayev Xəyal Vahid oğlu, 1964-cü il təvəllüdlü Rəcəbov Möhbalı Rəcəb oğlu və 2000-ci il təvəllüdlü Hüseynov Miradəm Mirdamət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Seçilən
22
12
yenisabah.az

10Mənbələr