Cənubi Amerika tarixinin ən yaxşı futbolçularının reytinqi tərtib edilib.
Publika.az xəbər verir ki, reytinqi “Touchline” portalı tərtib edib.
Reytinqdə birinci yerdə Lionel Messi qərarlaşıb. İkinci pillədə daha bir argentinalı – Maradonadır. Əfsanəvi Pele 3-cü pillədədir.
İlk “beşlik”də Neymar və Suares də yer alıb. İlk “onluq”da Ronaldo, Ronaldinyo, Kaka, Di Stefano və Aquero da var.