AZ

İranın bu aviaşirkəti Bakı istiqamətində uçuşlar həyata keçirməyi planlaşdırır

Bakı. Trend:

İranın “Iranair” Hava Yolları Şirkəti Bakı, Doha, Nəcəf vəBağdad istiqamətlərində uçuşlar həyata keçirməyi planlaşdırır.

Trend xəbərverir ki, bununla əlaqədar İranın "Iranair" Hava Yolları Şirkətiməlumat yayıb.

Məlumata görə, bu gündən etibarən İranın İmam Xomeyni BeynəlxalqAeroportu ilə uçuşların həyata keçirilməsinə başlanıb.

Qeyd olunur ki, bu gün ilk uçuş Səudiyyə Ərəbistanının Mədinəşəhərinə, növbəti uçuş isə Türkiyənin İstanbul şəhərinə həyatakeçirilib.

Bildirilir ki, İstanbul şəhərinə gündəlik uçuşlar 1 maydanetibarən həyata keçiriləcək.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədarkonkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ vəİsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmingündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA iləatəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞvə İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldəolunmayıb.

Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İrantəklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başaçatana qədər atəşkəsi uzatdığını bildirib.

Məqalədə:
Seçilən
73
5
az.trend.az

10Mənbələr