Misli Premyer Liqasının 29-cu turunun “Neftçi” - “Qarabağ” matçına 6000 ədəd bilet satılıb. 1news.az xəbər verir ki, bu barədə “Neftçi”nin rəsmi sosial şəbəkə hesabları məlumat yayıb. Biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq. Bundan əlavə, matçdan əvvəl azarkeşlər üçün 3 nöqtədə əyləncəli fan zona təşkil olunacaq. Bütün biletlərin satılmaq ehtimalının yüksək olduğunu nəzərə alaraq, giriş-çıxışı daha rahat təşkil etmək, tıxac və növbə problemi ilə üzləşməmək üçün “Palms Sports Arena”ya oyunun başlanma vaxtından 2 saat öncə gəlmək tövsiyə olunur. Qeyd edək ki, “Neftçi” - “Qarabağ” matçı sabah keçiriləcək və saat 19:00-da start götürəcək.