AZ

Azərbaycan-Ukrayna enerji əməkdaşlığının həm təcrübəsi, həm də perspektivi var

Volodimir

Zelenski: “Enerji

sahəsində təchizata gəldikdə, belə çox ağır bir dövrdə biz 11 yardım paketi

almışıq”

   

    

Son bir neçə ildə Ukraynanın  adı gələndə ilk növbədə bu ölkədə

qanlı-qadalı müharibə getdiyi yada düşür. Xüsusilə bizim, Azərbaycan

xalqının  fikrinə gələn birinci bu olur.

Çünki biz  uzun illər müharibənin  gətirdiyi 

fəlakətdən, itki və ağrılardan 

çox əziyyət çəkmişik. Buna görə və həm də ümumiyyətlə, humanist xalq

olduğumuz , dövlətimizin  humanist siyasət

yeritdiyi üçün  müharibədən əziyyət çəkən

xalqlara həmişə mənəvi və maddi kömək göstərmişik.

      Bu 

gün  də  belədir. Uzaqlığından, yaxınlığından asılı

olmayaraq müharibə  fəlakətləri ilə üz-üzü

qalan insalara dəstək oluruq. Bu humanitar dəstək  bir neçə formada özünü göstərir. Ukraynalı  uşaqlar üçün  ölkəmizdə reabilitasiya proqramlarının həyata

keçirilməsi buna bir misaldır.  Yaxın

vaxtlarda ukraynalı tələbələrin də Azərbaycanda reabilitasiya proqramı həyata

keçiriləcək.  

     Ukraynada

insanlar   enerji sisteminin tez-tez sıradan çıxmasıdan  əziyyət çəkirlər. Ölkəmiz  Ukraynaya elektrik generatorları göndərərək  bu xüsusda 

da ona kömək əlini uzadır.

       Təsadüfi deyil ki,  Ukrayna Prezidenti Volodimir Zelenski  Azərbaycana 

işgüzar səfəri çərçivəsində  bu

gün Qəbələdə mətbuata verdiyi bəyanatda ölkəsinin enerji  təchizatı üçün belə çox ağır bir dövrdə  bizdən 11 yardım paketi aldıqlarını deyib .

Azərbaycana bu yardıma görə öz təşəkkürünü bildirib.

     Həmçinin Ukraynadan olan uşaqlara köməyə

görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Volodimir Zelenski deyib:

“Siz bizim uşaqlarımıza kömək edirsiniz. Uşaqlarımız, övladlarımız cəbhəyanı

bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət

çəkiblər. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu dəstəyə görə Sizə

minnətdarıq”.

       İnsanların bir-birilə  əlaqələri   böyük

önəm daşıyır. Məlumdur ki, həmin ölkədə böyük Azərbaycan diasporu fəaliyyət

göstərir.

        Azərbaycanın  böyük təcrübəsi  də gələcəkdə  Ukraynaya çox lazım  olacaq.Məsələn, mina təmizlənməsi üçün

avadanlığın verilməsi məsələsini deyək.

        Biz gələcəkdə bu məsələyə də öz töhvəsini

verə bilərik.  Belə ki, Azərbaycan bərpa

və quruculuq sahəsində dünyada unikal təcrübəyə malik ölkədir. Gələcəkdə bərpa

və quruculuq layihələrinin reallaşdırılmasında Azərbaycan Ukrayna ilə öz təcrübəsini

bölüşə bilər.

    Bu gün Qəbələdəki  tədbirlərdə 

iki ölkə arasında  bir çox

istiqamətlər üzrə  əməkdaşlıq edildiyi  vurğulanıb. Prezident İlham Əliyev mətbuata

bəyanatında bildirib ki, həmin  əməkdaşlıq bu gün bir daha təsdiqləndi.

     Müzakirə edilən məsələlər arasında siyasi

dialoqdan başqa, xüsusilə energetika sahəsində də əməkdaşlığı qeyd edən

dövlətimizin başçısı deyib: “Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR

Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox

gözəl perspektivlər var, birgə layihələr var”.

      Azərbaycan-Ukrayna  iqtisadi əlaqələri sırasında enerji sahəsində əməkdaşlıq  ön yeri tutur 

və həm təcrübəyə, həm də potensiala əsaslanır. Azərbaycanın enerji sahəsində

əməkdaşlıq əlaqələrinin geniş coğrafiyanı əhatə etdiyi artıq bütün dünyaya bəllidir.

SOCAR-ın  bir sıra ölkələrdə olduğu kimi,

Ukraynada da yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Bu da ikitərəfli

biznes əlaqələrinin inkişafına töhfədir.

      Qəbələdə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir

Zelenski ilə  geniş tərkibdə görüşündəki

söhbət zamanı dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri

məmnunluqla xatırlanıb, bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin

müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirilib. Əməkdaşlığın bir

çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir

mübadiləsi aparılıb, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə

olunub, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunulub.

     Qəbələ 

görüşü  bir daha təsdiqləyir ki,Azərbaycanla

Ukrayna arasında olan münasibətlər hər iki xalqın maraqlarına uyğun inkişaf

etdirilir.

Flora SADIQLI,

“Azərbaycan”

Seçilən
43
1
azerbaijan-news.az

2Mənbələr